David De Xea çətin seçim qarşısında
22.09.2023 - 20:36
David De Xea çətin seçim qarşısında

“Mançester Yunayted”in keçmiş qapıçısı David De Xea karyerasını bitirə bilər.

Apasport.az-ın məlumatına görə, ispaniyalı qapıçı münasib klub tapmasa bu addımı atacaq.

32 yaşlı qolkiperin məqsədi əsas heyətdə oynamaqdır. Yay transferi dövründə bir çox klubla danışıqlar aparılsa da, yekun nəticə əldə olunmayıb. Səudiyyə Ərəbistandan yüksək məvacibli təkliflər isə David tərəfindən rədd edilib. O, pulu üstünlük verməyib və özünü sübut etmək şansı axtarır.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Yunayted”də çıxış edən qapıçı ilə yeni müqavilə imzalanmayıb. De Xea komandanın heyətində 545 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0