David Luiz Avropaya qayıdır
04.07.2022 - 10:42
David Luiz Avropaya qayıdır

Braziliya millisinin futbolçusu David Luiz Avropaya qayıdır.

Apasport.az saytının məlumatına görə, “Flamenqo”nun müdafiəçisi İtaliyada çıxış etməyə hazırlaşır.

Avropada Portuqaliya, İngiltərə və Fransada oynayan 35 yaşlı mərkəz müdafiəçisi bu dəfə “İnter”lə danışıq aparır. “Flamenqo” rəhbərliyi “neradzurra”ya onu təklif edib. Tərəflərin yaxın vaxtlarda ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, David Luiz ötən ilin sentyabrında “Flamenqo”ya “Arsenal”dan keçib. Onun Braziliya klubu ilə müqaviləsi bu ilin sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0