Davinson Sançez "Napoli" yolunda
15.04.2024 - 11:36
Davinson Sançez "Napoli" yolunda

"Qalatasaray" bu mövsüm İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem"dən 9,5 milyon avroya heyətinə qatdığı Davinson Sançezlə yollarını ayıra bilər. 

Apasport.az "Takvim"ə istinadla xəbər verir ki, kolumbiyalı müdafiəçinin nümayəndəsinin İtaliyada "Napoli" ilə danışıqlar apardığı məlum olub. 

İtaliya komandasının "Qalatasaray"a 20+5 milyon avro bonus olmaqla ümumilikdə 25 milyon avro təklif etdiyi bildirilib. "Aslanlar"ın bu rəqəmlə razılaşmadığı qeyd edilib. İstanbul klubu kolumbiyalı üçün 30 milyon avro və əlavə bonus istədiyi məlum olub.

"Cimbom"un təklifinə hələ cavab verməyən "Napoli"nin 27 yaşlı futbolçunun meneceri ilə danışıqlarını davam etdirdiyi də xəbərlər arasındadır.

"Qalatasaray"da 27 matça çıxan təcrübəli futbolçu 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0