Dayer də “Bavariya” yolunda
29.08.2023 - 20:53
Dayer də “Bavariya” yolunda

“Bavariya” “Tottenhem”in daha bir futbolçusunu transfer edə bilər.

Apasport.az-ın məlumatına görə, Erik Dayer London klubunun transfer siyahısına daxil edilib.

29 yaşlı futbolçunun həm müdafiəçi, həm də dayaq yarımmüdafiəçi mövqeyində oynayır. Bu amil Münhen klubunun Dayerə marağını artırıb. Erik “Tottenhem”lə 2024-cü ilin iyunun sonunadək müqaviləsi var. Yarımmüdafiəçinin transfer dəyəri 18 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, “Bavariya” “Tottenhem”dən Harri Keyni transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0