DÇ-2022: Ardıcıl 6-cı uğurlu start
24.11.2022 - 16:57
DÇ-2022: Ardıcıl 6-cı uğurlu start

İsveçrə millisi son 6 dünya çempionatına məğlub olmadan başlayıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə “Opta Sports” statistik portalı məlumat yayıb.

Avropa təmsilçisi əvvəlki 5 mundialdakı uğurlu startını DÇ-2022-nin ilk turunda Kameruna 1:0 hesabı ilə qalib gələrək davam etdirib. İsveçrəlilər axırıncı 6 mundialın startında 3 qələbə, 3 heç-heçə ilə yadda qalıb. Komanda sonuncu dəfə 1966-cı il dünya çempionatının ilk görüşündə Almaniyaya məğlub olub (0:5).

Qeyd edək ki, İsveçrə yığması qrupda ikinci oyununu noyabrın 28-də Braziliyaya qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0