Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatı iştirakçıları arasında klubu olmayan yeganə futbolçudur.
Apasport.az saytının məlumatına görə, buna səbəb 37 yaşlı superulduzun “Mançester Yunayted”dən ayrılmasıdır.
Turnirə “qırmızı şeytanlar”ın üzvü kimi yollanan forvardın müqaviləsinə dünən xitam verilib və o, hazırda azad agent statusu daşıyır. Hazırda bir neçə klubla danışıq aparan Ronaldonun menecerinin “Çelsi” ilə anlaşmaq ehtimalı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, Kriştiano Ronaldonun liderlik etdiyi Portuqaliya yığması DÇ-2022-də Uruqvay, Qana və Cənubi Koreya ilə eyni qrupda yer alıb.