DÇ-2022: Mərakeş üçün ciddi təhlükə
24.11.2022 - 17:50
DÇ-2022: Mərakeş üçün ciddi təhlükə

Mərakeş milli komandası ciddi itki təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin ulduz futbolçusu Əşrəf Hakimi ombasında problemlərlə üzləşib.

PSJ-də çıxış edən 24 yaşlı müdafiəçi Xorvatiya ilə DÇ-2022-nin ilk turunun matçında narahatçılıq hiss edib. Ağrılara baxmayaraq görüşü sona çatdıran Əşrəfın Belçika ilə noyabrın 27-dəki qarşılaşmada iştirakı sual altındadır.

Qeyd edək ki, Mərakeş ilk turda Xorvatiya ilə qolsuz heç-heçə edib.
 

writer photo
Əlirza Əlirzalı
0