Qələbə seriyası davam edəcək - PROQNOZ
10.06.2022 - 16:13
Qələbə seriyası davam edəcək - PROQNOZ

Millətlər Liqasında əsas liqanın 1-ci qrupunda bu gün III turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, ilk iki turda maksimum nəticə göstərən Danimarka aktivində cəmi 1 xal olan Xorvatiyanı sınağa çəkəcək.

Türkiyəli futbol eksperti Erke Tümer Kopenhagendəki görüşün favoritini açıqlayıb. Mütəxəssis hesab edir ki, ev sahibləri uğurlu seriyanı davam etdirəcək:

Danimarka bu turnirdə keçirdiyi ilk iki oyununda 2:1 hesablı qələbə qazandı. Üstəlik, rəqiblər Fransa və Avstriya idi. Kasper Hyulmandın yetirmələri rəqibin cərimə meydançasındakı ağır pressinqlə topu qazanıb, hücumu qolla tamamlamaqda mahirdir. Üstəlik, turnirin əvvəlindən bəri Danimarkanın orta sahəsi rotasiyalarla əla performans sərgiləyir.

Xorvatiya isə oyunçu potensialını meydanda tam göstərə bilmir. Buna rəğmən Fransa ilə görüşdə son dəqiqədə qazanılan penalti ilə məğlubiyyətdən qaçdı. Danimarka həm standart vəziyyətlərdə, həm də sürətli hücumlar qurmaqda Xorvatiyadan yaxşıdır. Bu qarşılaşmada Danimarkanın qələbə seriyasını davam etdirəcəyini düşünürəm.

Proqnozum: Danimarka qalib gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0