"Everton"dan "Əl-İttifaq"a
07.09.2023 - 17:31
"Everton"dan "Əl-İttifaq"a

İngiltərə Premyer Liqasından daha bir futbolçu Səudiyyə Ərəbistanına yollanıb.

Apasport.az saytı xəbər verir ki, "Əl-İttifaq" "Everton"un yarımmüdafiəçisi Demaray Qreyi transfer edib.

Yamayka millisinin də şərəfini qoruyan 27 yaşlı futbolçu 2027-ci ilin yayına kimi yarımada təmsilçisinin formasını geyinəcək. 

Qeyd edək ki, Qrey ötən mövsüm bütün turnirlərdə 36 matça çıxaraq 6 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0