Gələn ay DÇ-2022-yə start veriləcək.
Apasport.az saytının məlumatına görə, Qətərdəki turnir ərəfəsində mundiallaırn ən gənc oyunçuları açıqlanıb.
İFFHS az yaşına baxmayaraq dünya çempionatlarında iz qoyan futbolçuları müəyyənləşdirib.
Norman Uaytsayd – 17 yaş 41 gün
Şimali İrlandiya millisinin futbolçusu 40 il əvvəl Yuqoslaviya ilə matçda meydana çıxıb. O, final mərhələlərinin ən gənc oyunçusudur.
Pele – 17 yaş 249 gün
Pele final matçına 18 yaşı tamam olmadan çıxan yeganə oyunçudur. O, DÇ-1958-in həlledici oyununda İsveçə qarşı forma geyinib.
Afrikalı beşlik
Pele və Uaytsayddan sonra daha beş oyunçu 18 yaşı olmadan final mərhələsində iştirak edib. 1994-2002-ci illərdə Kamerundan üç, Nigeriyadan iki futbolçu buna nail olub. Son 20 ildə isə bunu bacaran olmayıb.
Edu – 16 yaş 339 gün
DÇ-lərin final mərhələsinə yollanan, amma meydana çıxmayan ən gənc oyunçu Edudur. Tam adı Conas Eduardo Ameriko olan braziliyalı DÇ-1966-da ehtiyatda qalıb.
Toni Meola – 21 yaş 109 gün
ABŞ millisinin qapıçısı Toni Meola final mərhələsində kapitan olan ən gənc futbolçudur. O, DÇ-1990-nın Çexoslovakiya ilə görüşündə sarğı ilə meydana çıxıb.
Süleyman Mamam – 13 yaş 310 gün
Toqo millisinin futbolçusu seçmə mərhələdə meydana çıxan ən gənc futbolçudur. O, 2001-ci il mayın 6-da Zambiya ilə qarşılaşmada şans qazanıb.