“Nyukasl”ın 50 milyonluq hədəfi
13.11.2023 - 10:29
“Nyukasl”ın 50 milyonluq hədəfi

"Nyukasl" heyəti gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, ingilislər Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Julian Brandta elçi düşüb.

Almaniya millisinin də şərəfini qoruyan 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2019-cu ildən Dortmund klubunun formasını geyinir. Futbolçunun transferi üçün danışıqlara başlayan "sağsağanlar"  keçid üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, cari mövsümdə 16 matçda iştirak edən Brand 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0