Ansu Fati bu kluba keçə bilər: Türk klublarının transfer hərəkatı
18.08.2024 - 12:37
Ansu Fati bu kluba keçə bilər: Türk klublarının transfer hərəkatı

Transfer pəncərəsinin sonuna yaxınlaşdıqca transfer hərəkatı daha da güclənir.

"Apasport" Türkiyə klublarının cari transfer  ehtimallarını təqdim edir:

"Beşiktaş" "Barselona"nın 20 yaşlı müdafiəçisi üçün 10 milyon avro təklif etsə də, katalonlar 15 milyon tələb edib. Araya girən Fransanın "Renn" klubu 10+5 milyonluq paket təklif edib. "Barselona" bu dəfə də müqaviləyə 30 milyon avroya geri alma maddəsi əlavə etmək istəyir. 

"Qalatasaray" cinah problemini həll etmək üçün üzünü  Fransaya tutub. "Aslan" "Monako"nun futbolçusu İsmail Yakobsla maraqlanır. Tezliklə seneqallı futbolçu ilə danışıqlar başlaya bilər.

"Trabzonspor" Belçikanın "Gent" klubunda forma geyinən Hyun-Seok Honqla razılıq əldə edib. Qara dənizlilər 25 yaşlı yarımmüdafiəçi üçün 4 milyon avro ödəyəcək. Türkiyəyə dəvət edilən Honqla 4 illik müqavilə imzalanacağı gözlənilir.

"Fənərbaxça" "Barselona"nın planlarına daxil olmayan Ansu Fati üçün hərəkətə keçib. İstanbul klubu 21 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

"Trabzonspor" hücum xəttini Veqorstla gücləndirmək istəyir. Futbolçunun meneceri bildirib ki, onun "Börnli"dən ayrılmaq ehtimalı yüksəkdir.

"Fənərbaxça"da işləri düz gətirməyən Joao Pedro İtaliyaya yollana bilər. Onunla "Salernitana" maraqlanır.

"Beşiktaş" müdafiəni gücləndirmək üçün bir müddət adı "Fənərbaxça" və "Qalatasaray"la da çəkilən Viktor Lindelöfün qapısını döyüb.

Bred Fridl Angelo transferi üçün "Çelsi" ilə danışıqlar aparır. Futbolçunun "Beşiktaş"a icarə əsasında gəlmək ehtimalı yüksəkdir.

İddialara görə, "Qalatasaray" Fransanın "Nitsa" klubundan yeni ayrılmış Aleksis Beka Beka ilə maraqlanır.

"Beşiktaş" Pablo Sarabia ilə razılığa çox yaxındır. İddiaya görə, 32 yaşlı futbolçu ilə şəxsi danışıqlar uğurlu keçib, klubu "Vulverhempton" ilə danışıqlar davam edir. 

 

writer photo
Əlirza Əlirzalı
0