Almaniya klubu Kamerun millisinin hücumçusu ilə danışıqlar aparır
04.01.2023 - 22:53
Almaniya klubu Kamerun millisinin hücumçusu ilə danışıqlar aparır

Kamerun millisinin hücumçusu Erik-Maksim Çupo-Motinq "Bayern"lə müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlayıb.

Apasport.az xəbər verir ki, bu gün ilk görüş Münxen klubunun idman direktoru Hasan Salihamidjiçlə onun meneceri olan futbolçunun atası arasında baş tutub.

Danışıqlar yaxşı keçib, lakin tərəflər hələ də yekun qərar verməkdən uzaqdır. Kamerunlu gələn mövsüm ehtiyat oyunçu olmaq istəmir.

Biri "Mançester Yunayted" olmaqla, bir neçə klub qış transfer pəncərəsində bu hücumçu ilə müqavilə imzalamaqda maraqlıdır. Erik-Maksim Çupo-Motinqin "Bayern"lə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. 33 yaşlı hücumçu bu mövsüm Bundesliqada 10 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0