DÇ-2026-nın seçmə mərhələsindən imtina
14.11.2023 - 09:26
DÇ-2026-nın seçmə mərhələsindən imtina

DÇ-2026-nın seçmə mərhələsinin iştirakçıları siyahısında dəyişiklik olub.

Apasport.az xəbər verir ki, Eritreya yarışa qatılmaqdan imtina edib.

Bu komanda son matçını 2020-ci ilin yanvarında keçirib. Həmin vaxt Eritreya millisi Sudanla görüşüb.

Eritreya bu ay iki seçmə oyunu keçirməli idi. Ayın 17-də Mərakeş, üç gün sonra Konqoya qarşı matçlar baş tutmayacaq. Bu komandalar Afrika zonası üzrə seçmə mərhələnin E qrupunda mübarizə aparır.

Qeyd edək ki, Eritreya FİFA reytinqindən də kənarlaşdırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0