De Xea "Mançester Yunayted"də maaşının azaldılmasına razıdır
05.01.2023 - 23:26
De Xea "Mançester Yunayted"də maaşının azaldılmasına razıdır

David De Xea "Mançester Yunayted"də qalmaq üçün maaşını azaltmağa hazırdır.

Apasport.az ki, qolkiper kluba yeni müqavilə imzalamaq üçün maaşını azaltmağa hazır olduğunu bildirib.

Onun hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına kimi hesablanıb. Bu müqaviləyə əsasən ispaniyalı həftədə 375 min funt sterlinq alır.

"Mançester Yunayted" müqavilənin müddətini bir il uzatmaq variantını aktivləşdirməyib. Əgər klub bu addımı atsaydı, o zaman De Xeanın maaşı əvvəlki kimi qalacaqdı. Əvəzində “Mançester Yunayted” Davidlə daha az maaşla yeni müqavilə ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, David De Xea 2011-ci ildən "Yunayted"də çıxış edir. Bu mövsüm Premyer Liqada keçirdiyi 17 oyundan 9-da qapısından qol buraxmayıb.

writer photo
Əlirza Əlirzalı
0