İtaliyanın əfsanəvi futbolçusu Alessandro Del Pyero PSJ-nin hücumçusu Lionel Messi ilə bağlı maraqlı xatirələrini bölüşüb.
Apasport.az saytının məlumatına görə, “Yuventus”un sabiq hücumçusu argentinalıya qarşı bir dəfə oynamaq imkanı olduğunu söyləyib.
O, həmin vaxt Messinin 17 yaşı olduğunu əlavə edib: “Messinin 17 yaşı olduğu vaxtları çox yaxşı xatırlayıram. İnsanlar artıq Leonu müzakirə edirdilər. Ona görə də birinci və sonuncu dəfə ona qarşı oynamaq imkanım oldu, maraqlı alındı. Həmin matç boyu çox bacarıqlı hərəkətlər etdi. Komanda yoldaşlarımla onun haqqında danışdıq, çünki misilsiz oynadı. Hətta Lioneli yıxmaq istəsəm də, alınmadı”.
Qeyd edək ki, Lionel Messi ötən ilin yayında “Barselona”dan PSJ-yə keçib.