Dembele 2 illik müqavilə imzalayacaq
13.07.2022 - 12:44
Dembele 2 illik müqavilə imzalayacaq

Fransa millisinin yarımmüdafiəçisi Usman Dembelenin “Barselona”da qalacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Kataloniya klubunda artıq tibbi müayinədən keçib.

23 yaşlı hücumameyilli oyunçu La Liqa təmsilçisi ilə başa çatan müqaviləsini daha 2 il müddətinə uzadacaq. Klub tezliklə onunla müqavilə imzaladığını elan edəcək.

Qeyd edək ki, Usman Dembele ötən mövsüm 32 oyunda 2 qol vurub, 13 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0