Dembelenin “Barselona”dan getmə səbəbi
07.11.2023 - 22:27
Dembelenin “Barselona”dan getmə səbəbi

PSJ-nin hücumçusu Usman Dembelenin “Barselona”dan ayrılmasının səbəbi b’lli olub.

Apasport.az xəbər verir ki, bunu fransalı futbolçunun özü açıqlayıb.

O, həm ölkəsində oynamaq istəyi, həm də Paris təmsilçisinin rəhbərliyi ilə ünsiyyəti üzündən belə addım atıb: “Əvvəlcə "Barselona"da qalacağımı düşünürdüm. Amma PSJ ilə ünsiyyət komandadan ayrılma qərarıma təsir etdi. PSJ-yə gəldim, çünki bu klubu sevirəm. Mən fransalıyam, bu ölkədənəm. Layihənin özü, rəhbərlik və məşqçi heyəti də xoşuma gəldi”.

Qeyd edək ki, parislilər onun keçidi üçün “Barselona”ya 50 milyon avro ödəyib.

writer photo
Əlirza Əlirzalı
0