"Mançester Siti"də sürpriz transfer iddiası
21.08.2024 - 19:07
"Mançester Siti"də sürpriz transfer iddiası

Yeni mövsümə uğurlu başlayan "Mançester Siti" ilə bağlı yeni transfer iddiası ortaya çıxıb. 

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" "Seltik" formasını geyinən Kyoqo Furuhaşi ilə maraqlanır.

Hücumçu Şotlandiyaya 2021-ci ildə "Vissel Kobe"dən gəlib.

Qeyd edək ki, Premyer Liqa klubunun yaxın günlərdə sabiq futbolçusu İlkay Gündoğanın qayıdışını da rəsmi olaraq açıqlayacağı gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0