Depaya Türkiyədən təklif var
03.06.2024 - 16:30
Depaya Türkiyədən təklif var

Futbol üzrə Niderland millisinin hücumçusu Memfis Depay Madrid "Atletiko"sundan ayrılıb.

Apasport xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu özü Madrid klubunda qalmaq istəməyib.

Təcrübəli futbolçunun Türkiyə klublarından təklif aldığı və yeni mövsümdən Superliqada oynamaq ehtimalının yüksək olduğu iddia edilir.

Bunun üçün tələsməyən Depay qərarını AVRO-2024-dən sonra verəcək.

Qeyd edək ki, Memfis başa çatan mövsümdə La Liqada 23 oyuna çıxıb, 5 qol vurub.

 

writer photo
Əlirza Əlirzalı
0