Di Mariya İspaniyaya qayıdır
13.05.2023 - 15:03
Di Mariya İspaniyaya qayıdır

Anxel di Mariya “Yuventus”dan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, vaxtilə “Real”da oynamış hücumçunun “Barselona”ya keçmək ehtimalı yaranıb.

İspaniya klubu argentinalını yayda heyətinə qatmağı planlaşdırır. Sol cinah vingeri axtarışında olan “Barselona” maliyyə problemləri üzündən azad agentləri nəzərdən keçirir. “Yuventus”la müqaviləsi yayda başa çatacaq Anxel La Liqa təmsilçisinin əsas hədəflərindəndir.

Qeyd edək ki, 35 yaşlı futbolçu cari mövsümün 35 matçında 8 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0