Kilian Mbappe: “Messi "Barselona"da olduğu kimi deyildi” 
20.11.2023 - 12:58
Kilian Mbappe: “Messi "Barselona"da olduğu kimi deyildi” 

“Hətta böyük futbolçular da dəyişmək məcburiyyətindədir”.

Apasport.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe deyib.

Fransalı ulduz sabiq komanda yoldaşı Lionel Messidəki dəyişiklikdən danışıb: “Mən Messi ilə oynadım. O, oyun üslubunu dəyişdi. Lionel PSJ-də "Barselona"da olduğu kimi oyunçu deyildi. Bu, ona dünya çempionu olmağa, komanda və fərdi titullar almağa imkan verdi”. 

Qeyd edək ki, iki ulduz hücumçu 2021-2023-cü illərdə birlikdə PSJ-nin heyətində çıxış edib. 

writer photo
Əlirza Əlirzalı
0