Dibala "Atletiko Madrid"in maraq dairəsindədir
06.03.2024 - 15:18
Dibala "Atletiko Madrid"in maraq dairəsindədir

Paulo Dibala karyerasını Madriddə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Atletiko" “Roma"nın  hücumçusu Paulo Dibalanı transfer etmək istəyir.

Komandanın baş məşqçisi Dieqo Simeone futbolçu ilə müqavilə imzalamaqda israrlıdır. 

Xatırladaq ki, bu mövsüm Dibala İtaliya çempionatında 19 matçda iştirak edib,12 qol vurub və 7 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0