Dibala yeni klubu ilə anlaşdı
15.06.2022 - 22:19
Dibala yeni klubu ilə anlaşdı

“Yuventus”un hücumçusu Paulo Dibala “İnter”ə keçir.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü Milan klubu ilə şəxsi müqaviləni razılaşdırıb.

28 yaşlı forvard illik 6 milyon avro maaş olmaqla 4 illik sözləşmə bağlayacaq. Bonuslarla birlikdə, onun hər mövsüm qazancı təxminən 8 milyon avro olacaq. İndi yalnız ön xətt oyunçusunun tibbi müayinədən keçərək rəsmi sazişə qol çəkməsi qalıb. “Yuventus”la vidalaşan ulduz futbolçu iyunun 30-dan sonra azad agent olacaq.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən bəri “Yuventus”un formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0