Qaviyə qiymət qoyuldu - 1 milyard avro
13.09.2022 - 17:11
Qaviyə qiymət qoyuldu - 1 milyard avro

“Barselona” futbolçusu Qavi ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, bununla bağlı danışıqlar müsbət nəticələnib.

18 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsinin bütün detalları razılaşdırılıb. Onunla 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalanacaq. Futbolçunun sərbəstqalma məbləği kimi 1 milyard avro göstəriləcək. Yarımmüdafiəçinin maaşı da artırılacaq. 

Qeyd edək ki, Qavi cari mövsümdə 6 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0