"Dinamo"dan Rayan Kent açıqlaması
23.01.2024 - 14:39
"Dinamo"dan Rayan Kent açıqlaması

Zaqreb "Dinamo"su "Fənərbaxça"dan ayrılacağı gözlənilən Rayan Kentlə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, Xorvatiya komandasının baş məşqçisi Sergey Jakiroviç Rayan Kentin transferi üzərində çalışdıqlarını deyib.

Bosniyalı mütəxəssis 27 yaşlı futbolçunun transfer danışıqlarının davam etdiyini bildirib: "Transfer üçün həm oyunçunun, həm də klubunun istəyi olmalıdır. Transfer üzərində işləyirik". 

Qeyd edək ki, mövsümün əvvəlində "Fənərbaxça"nın 4 illik müqavilə bağladığı Rayan Kent cəmi 15 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

writer photo
Əlirza Əlirzalı
0