Dortmund "Borussiya"sının üzvü Premyer Liqaya gedir
24.01.2024 - 09:51
Dortmund "Borussiya"sının üzvü Premyer Liqaya gedir

"Nottingem Forest" heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Covanni Reynaya elçi düşüb.

İngilislər amerikalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək üçün danışıqlar aparır. İspaniya klublarının da diqqət mərkəzində olan 21 yaşlı orta xətt oyunçusunun “Nottingem Forest”ə keçmək istədiyi iddia olunur.

Qeyd edək ki, ABŞ millisinin üzvü bu mövsüm 13 matçda iştirak edərək, cəmi 337 dəqiqə meydanda olub. 

writer photo
Əlirza Əlirzalı
0