“FourFourTwo” nəşri dünyanın ən yaxşı 50 məşqçisinin siyahısını dərc edib.
Apasport.az saytının məlumatına görə, cədvəlin ilk pilləsində “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola qərarlaşıb.
İspaniyalı mütəxəssisi “Real”a La Liqa və Çempionlar Liqasını qazandıran Karlo Ançelotti izləyib. İlk “üçlüy”ü isə “Liverpul”un sükanı arxasında olan Yurgen Klopp qapayıb.
Maraqlıdır ki, siyahıda Luis Enrike 34, Joze Mourinyo 35, Qaret Sautqeyt isə 50-ci sırada özünə yer tapa bilib.
Dünyanın ən yaxşı 20 məşqçisi:
1. Pep Qvardiola
2. Karlo Ançelotti
3. Yurgen Klopp
4. Antonio Konte
5. Stefano Pioli
6. Mikel Arteta
7. Tomas Tuxel
8. Qraham Potter
9. Yulian Naqelsmann
10. Dieqo Simeone
11. Hans-Diter Flik
12. Kristof Qaltye
13. Eddi Houe
14. Xavi
15. Erik ten Haq
16. Lionel Skaloni
17. Kristian Ştrayx
18. Roberto Mançini
19. Urs Fişer
20. Unay Emeri
Qeyd edək ki, nəşr bu yaxınlarda bütün dövrlərin ən yaxşı 100 futbolçusunun adını açıqlayıb, argentinalı Lionel Messini birinci sırada göstərib.