Krakov-2023: Yusupova finişə 5-ci çatdı
20.06.2023 - 13:22
Krakov-2023: Yusupova finişə 5-ci çatdı

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.

Anna Yusupova qadınların 5000 m məsafəyə qaçışında çıxış edib. O, finişə 17 dəqiqə 37,97 saniyəyə çatıb. Özünün mövsümdə ən yaxşı nəticəsinə imza atan atletimiz iki qrupun yekununda da 5-ci yeri tutub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0