Qadınlar arasında dünya çempionatının III turu daha bir böyük komandanın qrupda qalması ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, Yamayka ilə qolsuz heç-heçə edən “sambaçılar” mundialda çıxışını başa vurub.
Bu görüş əfsanəvi futbolçu Martanın dünya çempionatlarında son matçı olub. 37 yaşlı veteran oyunun gedişində meydana çıxıb.
Marta 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. 2002-2023-cü illərdə milli forma geyinən Marta 163 matçda 112 qol vurub.
Qeyd edək ki, DÇ-2023 braziliyalının karyerasında 6-cı mundial olub. Onun ən böyük uğuru 2007-ci ildə qazanılan gümüş medaldır.