Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılır
24.10.2023 - 11:11
Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılır

 

Braziliyalı futbolçu Duqlas Kosta “Los Anceles Qalaksi”dən ayrılmağa qərar verib.

Apasport.az xəbər verir ki, cənubi amerikalı karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə maraqlıdır.

Bunu klubun idman direktoru Qreq Vanni açıqlayıb: “Kluba verdiyi əməyə görə Duqlasa təşəkkür edirik. Yeni müqavilə təklif etməyəcəyik. Ona və ailəsinə növbəti karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ildə sona çatacaq.

writer photo
Əlirza Əlirzalı
0