Premyer Liqa klubları transferdə anlaşmadı
16.07.2022 - 22:27
Premyer Liqa klubları transferdə anlaşmadı

“Mançester Siti”nin müdafiəçisi Natan Ake “Çelsi”yə keçməyəcək.

Apasport.az saytının məlumatına görə, futbolçu özü bütün şərtləri müsbət cavablandırsa da, klublar transferin məbləğində razılığa gələ bilməyib.

“Şəhərlilər” 45 milyon funt sterlinq tələb  etdiyindən, “Çelsi” geri addım atıb. Buna görə də Premyer Liqa çempionu Niderland millisinin üzvünü satmamaq qərarına gəlib.

27 yaşlı oyunçunun keçidini reallaşdıra bilməyən “Çelsi” diqqətini “Sevilya”nın müdafiəçisi Jül Kundeyə yönəldib. Həmçinin PSJ-li Presnel Kimpembe də maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0