Eden Azar: "Pul üçün heç yerə getmək istəmədim”
19.10.2023 - 09:44
"Mənim üçün asan olmadı”.
Apasport.az xəbər verir ki, bunu Belçika millisinin sabiq futbolçusu Eden Azar deyib.
Karyerasını 32 yaşında başa vuran vinger qərarı barədə ilk açıqlamasını verib. Madrid “Real”ından ayrıldıqdan sonra heç bir klubla müqavilə imzalamayan belçikalı karyerasını yekunlaşdırmaq qərarının asan olmadığını deyib: “Artıq məşqlərdən zövq almırdım. Bu, ən yaxşı çıxış yolu idi. Pul üçün heç yerə gedib oynamaq istəmədim”.
Qeyd edək ki, “Lill”, “Çelsi” və “Real” kimi klubların formasını geyinmiş 32 yaşlı futbolçu ötən həftə karyerasını başa vurduğunu açıqlayıb.
0
0