Edin Ceko tarixə düşdü
24.07.2024 - 14:17
Edin Ceko tarixə düşdü

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Edin Ceko (3) və Ferdi Kadıoğlunun qolları ilə "Luqano"nu məğlub edib .

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, qarşılaşmada het-trik edən Ceko tarixə düşüb.

Bosniyalı futbolçu 38 yaşında avrokuboklar tarixində türk komandası üçün het-trik edən ən yaşlı oyunçu olub.

Beləliklə, o, "Qalatasaray"ın sabiq futbolçusu Şabani Nondanı (32 yaş) geridə qoyaraq mütləq rekorda imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0