"Əl-İttihad" Qalyardo ilə yollarını ayıracaq
14.05.2024 - 11:36
"Əl-İttihad" Qalyardo ilə yollarını ayıracaq

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" baş məşqçisi ilə yollarını ayırmaq qərarına gəlib. 

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. 

Klub rəhbərliyi argentinalının indi, yoxsa mövsümün sonunda göndəriləcəyinə hələ qərar verməyib.

2023-cü ilin noyabrından komandanı çalışdıran mütəxəssisin Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. 
 

writer photo
Əlirza Əlirzalı
0