“El-Klasiko”nun “11-liy”i
28.10.2023 - 15:12
“El-Klasiko”nun “11-liy”i

Bu gün keçiriləcək “Barselona” – “Real” matçı ərəfəsində iki komandanın futbolçularından ibarət rəmzi “11-lik” açıqlanıb.

Apasport.az xəbər verir ki, “El-Klasiko”nun rəmzi komandasında klubların indiki oyunçuları yer alıb.

“Barselona” “11-lik”də daha çox – 7 futbolçu ilə təmsil olunub. “Real”ın dörd üzvü heyətə daxil edilib.

Qapıçı: Mark Andre Ter-Şteqen

Müdafiəçilər: Joao Kanselo, Ronald Arauxo, Antonio Rudiger, Aleks Balde

Yarımmüdafiəçilər: Orelyen Tçuameni, Qavi, Cud Bellinqem

Hücumçular: Lamin Yamal, Vinisius Junior, Robert Levandovski.
 

writer photo
Əlirza Əlirzalı
0