Lehman zəncirlə qonşunun qarajına girib, polisləri təhqir edib...
23.12.2023 - 14:04
Lehman zəncirlə qonşunun qarajına girib, polisləri təhqir edib...

Veteran qapıçı Yens Lehmann böyük məbləğdə cərimələnib.

Apasport.az xəbər verir ki, Almaniya millisinin sabiq qolkiperi 420 min avro ziyana düşüb

54 yaşlı çərçivə qoruyucusu bir neçə yanlış hərəkətdə ittiham olunur. Belə ki, Lehmannın əlində zəncirlə qonşusunun qarajına soxulduğu, parkinq haqqını ödəməmək üçün başqa avtomobillə qarajdan gizlicə çıxmağa çalışdığı, həmçinin sürücülük vəsiqəsini ləğv etmək istəyən polis əməkdaşlarını təhqir etdiyi bildirilir.

Qeyd edək ki, Starnberg rayon məhkəməsi bütün bu xoşagəlməz hərəkətlərə görə "Arsenal"ın və Almaniya yığmasının keçmiş qapıçısına 420 min avro cərimə kəsib.

writer photo
Əlirza Əlirzalı
0