“Əl-Nəsr” darmadağınla qalib gəldi, Ronaldudan HET-TRİK
31.03.2024 - 01:34
“Əl-Nəsr” darmadağınla qalib gəldi, Ronaldudan HET-TRİK

Səudiyyə Ərəbistanı Liqasının 25-ci turunun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Əl-Nəsr" evdə "Əl-Tai"ni qəbul edib. Görüş ev sahibinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Kriştianu Ronaldu 3 qol vurub. Bu, 39 yaşlı futbolçunun 2024-cü ildə ilk het-triki olub. 

Qeyd edək ki, bununla da, portuqaliyalı ulduzun karyerasında het-trik sayı 64-ə çatıb.

writer photo
Əlirza Əlirzalı
0