"Əl-Nəsr" UEFA Çempionlar Liqasında? - Şok iddia
15.11.2023 - 21:35
"Əl-Nəsr" UEFA Çempionlar Liqasında? - Şok iddia

Kriştiano Ronaldo yenidən UEFA Çempionlar Liqasında iştirak edə bilər.

Apasport.az xəbər verir ki, Portuqaliya millisinin kapitanının şərəfini qoruduğu “Əl Nəsr” klubunun qitənin bir nömrəli klub turnirinə qatılacağı iddia olunur.

Son dövrlər transferlərə ödədiyi pullarla diqqətləri özlərinə cəlb edən Səudiyyə Ərəbistanı klublarının bu məqsədlə qitə futbol qurumuna müraciət etdiyi, hətta bu komandalardan “Əl-Nəsr”in müraciətinə müsbət reaksiya verildiyi söylənilir. BƏƏ mediasında yer alan xəbərlərdə ərəb klubunun növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcəyi yazılıb.

Qeyd edək ki, UEFA prezidenti Aleksander Çeferin müsahibələrinin birində bu ideyaya qarşı olduğunu və Çempionlar Liqasında başqa qitənin komandasının iştirak etməyəcəyini demişdi.

writer photo
Əlirza Əlirzalı
0