Elneni yenidən "Beşiktaş"a doğru
20.11.2023 - 20:19
Elneni yenidən "Beşiktaş"a doğru

Muhammed Elneni keçmiş klubu “Beşiktaş”a qayıtmağı arzulayır.

Apasport.az xəbər verir ki, hazırda “Arsenal” forması geyinən futbolçu agenti vasitəsi ilə “qara-qartlallar”a ismarıc göndərib.

2019/20 mövsümündə icarə əsasında Super Liqa təmsilçisinin formasını geyinən Misir millisinin futbolçusu performansı ilə azrkeşlərin rəğbətini qazanmışdı. Hazırda çıxış etdiyi London klubunda meydana az-az çıxmasından şikayətçi olan 31 yaşlı orta xətt oyunçusu Super Liqada oynamaqda maraqlıdır.

Qeyd edək ki, bu mövsüm 3 matçda “Arsenal” forması geyinən Elneni cəmi 12 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0