Emeri yetirməsini yanına aparır
04.11.2022 - 17:15
Emeri yetirməsini yanına aparır

“Vilyarreal”ın müdafiəçisi Pau Torres Avropa klublarının diqqətini çəkməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, bu dəfə “Aston Villa” İspaniya millisinin üzvü uğrunda mübarizəyə qoşulub.

Premyer Liqa klubuna yeni baş məşqçi təyin olunan Unay Emeri “Vilyarreal”da olarkən rəhbərliyi altında çıxış edən 25 yaşlı mərkəz müdafiəçisini sərəncamında görməkdə maraqlıdır. Ancaq “Aston Villa”nın işi asan olmayacaq. Çünki Torres bir neçə nəhəng klubun gündəmindədir.

Qeyd edək ki, “Viilyarreal”la müqaviləsi 2024-cü ilin yayına qədər olan Pau Torresin transfer qiyməti 50 milyon avroya bərabərdir.

writer photo
Əlirza Əlirzalı
0