“Yuventus” ondan əl çəkmir
29.10.2022 - 23:33
“Yuventus” ondan əl çəkmir

“Yuventus” Memfis Depayın transferi ilə bağlı danışıqları bərpa edəcək.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu niderlandlı hücumçunu qışda heyətinə qatmağı planlaşdırır.

“Barselona”nın futbolçusunun keçidi ilə bağlı danışıqlar hələ yayda baş tutsa da, həmin vaxt transfer reallaşmayıb. Çempionlar Liqası ilə vidalaşan “Yuventus” heyəti gücləndirmək üçün qəti addımlar atmağa qərar verib.

Qeyd edək ki, Memfis cari mövsüm 3 oyunda 131 dəqiqə meydanda olub.
 

writer photo
Əlirza Əlirzalı
0