Emre Belözoğlu "Ankaragücü" ilə vidalaşdı
31.05.2024 - 17:51
Emre Belözoğlu "Ankaragücü" ilə vidalaşdı

Türkiyənin “Ankaragücü” komandası baş məşqçi Emre Belözoğlu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Ankaragücü” Emre Belözoğlunun rəhbərliyi altında 40 xalla 17-ci yeri tutaraq Super Liqa ilə vidalaşıb.

writer photo
Əlirza Əlirzalı
0