Ən bahalı argentinalılar – SİYAHI
24.07.2022 - 13:46
Ən bahalı argentinalılar – SİYAHI

“Mançester Yunayted” yay fasiləsində “Ayaks”dan mərkəz müdafiəçisi Lisandro Martinesi 57,3 milyon avroya heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, Martines bununla Argentina tarixinin ən bahalı 3-cü futbolçusuna çevrilib.

O, transfer məbləğində həmyerlilərindən yalnız Qonzalo İquain və Anxel Di Mariyadan geri qalır. İkinci futbolçu iki dəfə daha yüksək məbləğə başqa kluba keçdiyindən, Lisandro siyahının 4-cü pilləsində qərarlaşıb.

1. Qonzalo İquain
Mövqeyi: Hücumçu
Keçmiş klubu: “Napoli”
Yeni klubu: “Yuventus”
Transfer olduğu mövsüm: 2016/17
Transfer qiyməti: 90 milyon avro

2. Anxel Di Mariya
Mövqeyi: Yarımmüdafiəçi
Keçmiş klubu: “Real”
Yeni klubu: “Mançester Yunayted”
Transfer olduğu mövsüm: 2014/15
Transfer qiyməti: 75 milyon

3. Anxel Di Mariya
Mövqeyi: Yarımmüdafiəçi
Keçmiş klubu: “Mançester Yunayted”
Yeni klubu: PSJ
Transfer olduğu mövsüm: 2015/16
Transfer qiyməti: 63 milyon

4. Lisandro Martines
Mövqeyi: Müdafiəçi
Keçmiş klubu: “Ayaks”
Yeni klubu: “Mançester Yunayted”
Transfer olduğu mövsüm: 2022/23
Transfer qiyməti: 57,3 milyon

5. Ernan Krespo
Mövqeyi: Hücumçu
Keçmiş klubu: “Parma”
Yeni klubu: “Latsio”
Transfer olduğu mövsüm: 2000/01
Transfer qiyməti: 56,8 milyon

6. Mauro İkardi
Mövqeyi: Hücumçu
Keçmiş klubu: “İnter”
Yeni klubu: PSJ
Transfer olduğu mövsüm: 2020/21
Transfer qiyməti: 50 milyon

7. Nikolas Otamendi
Mövqeyi: Müdafiəçi
Keçmiş klubu: “Valensiya”
Yeni klubu: “Mançester Siti”
Transfer olduğu mövsüm: 2015/16
Transfer qiyməti: 44,5 milyon

8. Xuan Sebastyan Veron
Mövqeyi: Yarımmüdafiəçi
Keçmiş klubu: “Latsio”
Yeni klubu: “Mançester Yunayted”
Transfer olduğu mövsüm: 2001/02
Transfer qiyməti: 42,6 milyon

9. Xavyer Pastore
Mövqeyi: Yarımmüdafiəçi
Keçmiş klubu: “Palermo”
Yeni klubu: PSJ
Transfer olduğu mövsüm: 2011/12
Transfer qiyməti: 42 milyon

10. Paulo Dibala
Mövqeyi: Hücumçu
Keçmiş klubu: “Palermo”
Yeni klubu: “Yuventus”
Transfer olduğu mövsüm: 2015/16
Transfer qiyməti: 41 milyon
 

writer photo
Əlirza Əlirzalı
0