İngiltərə Premyer Liqasının ən deyingən baş məşqçiləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümünün gedişində daha çox şikayət edən mütəxəssislərin siyahısı tərtib olunub.
Cədvələ Tomas Tuxel başçılıq edir. “Çelsi”nin baş məşqçisi müsahibələrinin 57,9 faizində narazılıqlarını bildirib.
Mikel Arteta (“Arsenal”) 55,5, Daniel Farke (“Norviç”) 54,5 faizlik göstərici ilə ilk “üçlük”də yer alıb. “Mançester Siti” ilə çempion olan Pep Qvardiola 27,3 faizlik şikayətlə 16-cı olub.
Sonuncu yerdə Cessi Marş qərarlaşıb. “Lids”in baş məşqçisi hamıdan az – 12,3 faiz şikayətlənib.