Ən qolçu ikinci afrikalı
29.11.2022 - 10:58
Ən qolçu ikinci afrikalı

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyun Qana millisinin futbolçusu Mohammed Kudus üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi komandasının 3:2 hesablı qələbəsinə dublla töhfə verib.

Dünənki qarşılaşmada 22 yaş 118 günlük olan Kudus bir mundial matçında dubl edən ən gənc ikinci afrikalı olub. Bu baxımdan rekordçu DÇ-2014 zamanı 21 yaş 254 günlüyündə Argentinanı iki dəfə məyus edən nigeriyalı Ahmed Musadır.

Qeyd edək ki, hazırda 3 xalla H qrupunda ikinci pillədə qərarlaşan Qana yığması son turda dekabrın 2-də Uruqvayla görüşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0