PSJ-nin futbolçusu Marko Veratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, “Əl-Hilal” və “Əl-Əhli” klubları PSJ-nin 30 yaşlı yarımmüdafiəçisi uğrunda mübarizə aparırlar.
Verratti "Əl-Hilal"a keçmək istəsə də, Paris klubunun prezidenti Nasser Əl-Xelaifi futbolçunun komandadan ayrılmasını istəmir. İsrarlarına davam edən ərəblər isə italiyalının transferi qarşılığında qarşı tərəfə 50 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, 2012-ci ilin yayından paytaxt klubunun heyətinə qatılan Marko son mövsümdə 38 matçda iştirak edərək, bir dəfə fərqlənə bilib.