Ərəblərdən 30 milyon avroluq təklif
26.01.2024 - 15:16
Ərəblərdən 30 milyon avroluq təklif

“Yuventus”un futbolçusuna Səudiyyə Ərəbistanından cəlbedici təklif var.

Apasport.az xəbər verir ki, “Əl İttihad” 20 yaşlı cinah oyunçusu Matias Sulenin transferi üçün 30 milyon avro ödəməyə hazırdır.

Səudiyyə klubu futbolçunun özü ilə isə uzunmüddətli müqavilə imzalamağı düşünür. Hazırda icarə əsasında “Frozinone”nin şərəfini qoruyan
Argentinanın U-20 millisinin üzvü bu mövsüm 22 oyunda 9 qola imza atıb.

Qeyd edək ki. “Transfermarkt” portalı vingerə 25 milyon avro qiymət qoyub.

writer photo
Əlirza Əlirzalı
0