Milli üzvünün qiyməti açıqlandı
07.11.2022 - 00:45
Milli üzvünün qiyməti açıqlandı

“İnter” bir neçə klubun maraq dairəsində olan müdafiəçisi Denzel Dumfrisi satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu 26 yaşlı sağ cinah oyunçusunun transfer qiymətini də müəyyənləşdirib.

Milanlılar 26 yaşlı futbolçunun satışından 40 milyon avroluq gəlir əldə etmək niyyətindədir. Hazırda “Tottenhem” Niderland millisinin üzvü uğrunda mübarizədə favorit sayılır. Londonluların baş məşqçisi Antonio Konte yanvarda müdafiə xəttinin Dumfrislə gücləndirilməsini tapşırıb. Onunla həmçinin İngiltərənin digər nəhəngləri maraqlanır.

Qeyd edək ki, oyunçunun “İnter”lə müqaviləsi 2025-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0