Ərəblərdən Yusuf Yazıcıya təklif
06.06.2024 - 09:34
Ərəblərdən Yusuf Yazıcıya təklif

Fransa təmsilçilərindən "Lill"lə müqaviləsi başa çatan Yusuf Yazıcı karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Əl-Şabab" türk futbolçunu transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

Ərəblər 27 yaşlı yarımmüdafiəçiyə illik 12 milyon avro maaş təklif edib. "Latsio" və "Milan" da təcrübəli futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Yusuf Yazıcı 2019-cu ilin yayından "Lill"də çıxış edirdi. Türkiyə millisinin üzvü Fransa təmsilçisinin heyətində meydana çıxdığı 135 rəsmi matçda 19 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0